Kolumbiyada 14 nəfər torpaq sürüşməsinin qurbanı olub

Kolumbiya lideri İvan Duke həlak olanların ailələrinə dəstəyini ifadə edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 09:24

Kolumbiyanın qərbində torpaq sürüşməsi zamanı 10-dan çox insan həlak olub.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti bildirib.

 

Məlumata görə, hadisə səhər, Kauk qərb departamentinin Rosas bələdiyyəsi ərazisində olub. Portaçuelo kəndində baş verən təbii hadisə zamanı 14 nəfər ölüb. Onlardan 1-i yetkinlik yaşına çatmamış şəxsdir.

 

Bildirilir ki, təbii hadisə zamanı daha 5 sakin xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

 

Kolumbiya lideri İvan Duke həlak olanların ailələrinə dəstəyini ifadə edib. 

 

Daha əvvəl Kolumbiyada qızılmədənində partlayış nəticəsində azı 9 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.