Şri-Lankada terror aktı qurbanlarının sayı 290 nəfərə çatıb

Terror aktı nəticəsində həmçinin 500-ə yaxın insan yaralanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 08:43

Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı artıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" polisdəki mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, partlayışlar zamanı ölənlərin sayı 290 nəfərə çatıb. Terror aktı nəticəsində həmçinin 500-ə yaxın insan yaralanıb.