MSK: Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlib

Vladimir Zelenski 73,07 faiz səs toplayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 12:15

Ukraynanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkisində səslərin 95,73%-ni hesablayıb.

 

İnterAz xəbər verir ki, hesablamanın yekununa əsasən, namizəd Vladimir Zelensky 73,15% (12973916 səs) ilə liderlik edir.

 

Onun rəqibi, hazırkı prezidenti Petro Poroşenko isə səslərin 24,52%-ni (4350011 səs) toplayıb.

 

Eyni zamanda, MSK-nın sədr müavini Yevgeni Radçenko Ukraynanın "1+1" telekanalına nəticələrin aprelin 30-da açıqlanacağını bildirib.

 

Radçenko qeyd edib ki, elektron protokollar əsasında seçkilərin ilkin nəticələri iki-üç günə bəlli olacaq. Qanuna əsasən, MSK seçkinin rəsmi nəticələrini 2019-cu il mayın 1-dən gec olmayaraq açıqlamalıdır.

 

*** 10:23

 

Ukraynada büllütenlərin 90,25 faizi sayılıb və Vladimir Zelenski 73,18 fazi səs toplayıb.

 

İnterAz “UNİAN”ya istinadən xəbər verir ki, məlumatı Ukraynanın Mərkəzi Seçkii Komissiyası yayıb.

 

Bildirilib ki, fəaliyyətdə olan Prezident Petro Poroşenko səslərin 24,49 faizin toplayıb.

 

V.Zelenski Lvov istinsa olmaqla ölkənin bütün vilayətlərində qalib gəlib. Bu vilayətdə seçiciləri 63,12 faizi P.Poroşenkoya, 34,13 faizi isə V.Zelenskiyə səs verib.

 

Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkisinin birinci turu, aprelin 21-də isə ikinci turu keçirilib.

 

*** 08:36

 

Ukraynada prezidentliyinə namizəd Vladimir Zelenski protokolların 79,6 faizinin hesablanmasından sonra seçkilərdə qalib olub.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyаsı (MSK) məlumat yayıb.

 

Bildirilir ki, Vladimir Zelenski 73,07 faiz səs toplayıb. Ukrayna seçicilərinin 10,8 milyonu onun lehinə səs veriblər.

 

Zelenskinin əsas rəqibi, ölkənin hazırkı prezidenti Petro Poroşenkoya isə 24,59 faiz seçici (3,6 milyon seçici) səs verib. 

 

MSK-nın məlumatına görə, bülletenlərin 2,32 faizi etibarsız sayılıb.