Şri-Lankada partlayışlar nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb

Xəsarət alanlar arasında 35 əcnəbi var...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Aprel 2019, 12:54

Şri-Lankada Pasxa bayramı zamanı kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb.

 

İnterAz-ın xəbərinə görə, bu barədə “News 1ST” portalı məlumat yayıb.

 

Xəsarət alanlar arasında 35 əcnəbi var. Onlardan ən azı 4-ü Çin vətəndaşıdır.

 

Bundan əvvəl 160 nəfərin öldüyü, 500 nəfərin yaralandığı bildirilib.

 

Hələlik partlayışlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.