Bolqarıstanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Təyyarənin idman klublarından birinə məxsus olduğu bildirilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Aprel 2019, 16:46

Bolqarıstanın Orizare qəsəbəsində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

 

İnterAz “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Orizare bələdiyyəsinin sədri Yordan Totev məlumat verib.

 

Bildirilib ki, ilkin araşdırmaya görə, qəzaya təyyarənin qanadında yaranan texniki nasazlıq səbəb olub və Meriç çayı yaxınlığında ağaclara çırpılaraq yerə düşüb.

 

Təyyarənin idman klublarından birinə məxsus olduğu bildirilib.