ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edilib
2014-cü ildə ştatda ölüm hökmünün icrasına moratorium qoyulmuşdu
Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 10:39
ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatının Ali Məhkəməsi əyalətdə ölüm hökmünün ləğv olunması haqqında qərar qəbul edib.
İnterAz “Report”a istinadən xəbər verir ki, ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.
2014-cü ildə ştatda ölüm hökmünün icrasına moratorium qoyulmuşdu.
Qeyd edək ki, ABŞ-ın 50 ştatından 30-da ölüm hökmü hələ də qüvvədədir.