Suriya hökümət ordusunun havadan müdafiə ştabının bir generalı öldürülüb

Homa əyalətinin qərbində müxalifətin radikal islamçı qruplaşmaları ordu postlarından birinə hücum ediblər

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 19 May 2014, 10:26

Dəməşqin əl-Məlihə rayonunda gedən döyüşlərdə ordunun briqada generallarından biri həlak olub. İnterAz-ın “SkyNews”a istinadla verdiyi xəbərəg görə, briqada generalı Hüseyn İshaq Dəməşqin əl-Məlihgə rayonunda gedən döyüşlərdə yaralanıb və həlak olub. Reuters onun ölümünün Suriya hökümət ordusu üçün ağır itki olduğunu yazıb.

Suriyada gedən qarşıdurmalar son sutkada da səngiməyib. Homa əyalətinin qərbində müxalifətin radikal islamçı qruplaşmaları ordu postlarından birinə hücum ediblər. Burada hökümət ordusunun 34 əsgəri həlak olub.

Dirazzurda isə “İraq-Şam İslam Dövləti” (DAİŞ) ilə “ən-Nusra Cəbhəsi” arasında qarşıdurmalara dünən də davam edib. Məlumata əsasən, son sutkanın ən şiddətli döyüşləri Dəməşqin əl-Məlihə rayonunda davam etməkdədir. Burada tərəflərin onlarla əsgəri və silahlısı ölüb.