Liviya paytaxtında parlament və dövlət televiziyası binasına hücum edilib

Silahlılar dünən parlament binasına gedən yolu kəsərək, binanı ələ keçimək istəyiblər

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 19 May 2014, 09:40

“Liviyada 3 nazir terror hücumundan xilas olublar”. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, təqaüdə çıxmış ordu generallarından biri Xəlifə Xəftərin silahlı dəstələri paytaxt Tripolidə dövlət televiziyası və parlamentin binasına hücum ediblər. Məlumata əsasən, silahlılar dünən parlament binasına gedən yolu kəsərək, binanı ələ keçimək istəyiblər. Lakin sonradan geri çəkiliblər.

Bu gün sübh çağı isə dövlət televiziyasının binasını qrad raketlərindən hədəfə alıblar. Ölkənin şərqində Benqazi şəhərində də hava limanına hücum edilib. Məlumata görə, paytaxt Tripolidə ölkənin baş nazirinin müavini, ədliyyə naziri və gənclər və idman naziri sui-qəsdən xilas ola biliblər. Təkcə dünən ölkədə gedən qarşıdurmalarda 2 nəfərin öldüyü və 70-ə yaxın insanın yaralandığı bildirilir.

Bildirək ki, təqaüdə çıxmış X.Xəftərin silahlı dəstələri ötən həftənin cümə günündən etibarən Benqazidəki sabiq qiyamçılara (radikal qüvvələr) qarşı əməliyat keçirməyə başlayıblar və bunu ölkədə ordu zabitləri və polis işçilərinin radikal qüvvələr tərəfindən tez-tez terror məruz qaldıqları ilə əlaqələndiriblər. Amma Liviya höküməti Benqazidəki bu addımını çevrilişə cəhd kimi qiymətləndirib və ordu baş qərargah rəisini bu cəhdlərin qarşısını almağa çağırıb.