Tarixdə ən böyük mədən qəzaları - Foto

Çin, Fransa və Yaponiya başda olmaqla dünyanın bir çox ölkəsindəki mədən ocaqlarında meydana gələn qəzalarda minlərlə insan həyatını itirib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 17:45

Çin, Fransa və Yaponiya başda olmaqla dünyanın bir çox ölkəsindəki mədən ocaqlarında meydana gələn qəzalarda minlərlə insan həyatını itirib. Tarixdə baş vermiş və ən çox insan itkisinə səbəb olmuş mədən qəzalarını təqdim edirik. 

 

1. Monongah, ABŞ - 6 dekabr 1907-ci il, 361 ölü

 

 

ABŞ-ın Monongah kömür mədənlərinə aid iki ayrı mədəndə 6 dekabr 1907-ci ildə baş vermiş partlayış nəticəsində əksəriyyəti italyan mühacir olan 361 mədənçi həyatını itirib. Elektrik qapanması nəticəsində baş vermiş hadisə zamanı havalanma sistemi çökdüyündən qurtarma işləri aparılmayıb.

 

2. Oaks, İngiltərə - 12 dekabr 1866-cı il, 361 ölü

 

 

12 dekabr 1866-cı ildə İngiltərənin Cənubi Yorkshire-dəki Oaks kömür mədənində mədənçilər işləyən zaman meydana gələn qığılcım səbəbindən partlayış yaşandı. XIX yüzilin ən böyük mədən faciəsi olan partlayışda 361 nəfər həlak oldu.

 

3. Chasnala, Hindistan - 27 dekabr 1975-ci il, 372 ölü

 

 

Hindistanın Dhanbad əyalətinin Chasnala mədənində metan qazının alovlanması nəticəsində baş vermiş partlayışdan sonra mədənin tavanı çökərək içərini su basır. Hadisə nəticəsində 372 mədənçi həyatını itirir. Bəzi mədənçilərin isə cəsədlərinin hissələri belə tapılmır. 


4. Dhori, Hindistan - 28 may 1965-ci il, 375 ölü



Hindistan'ın Jharkhand əyalətinin Dhanbad yaxınlarındakı Dhori kömür mədənində 28 may 1965-ci il baş verən partlayışdan sonra meydana gələn yanğından sonra 375 mədən işçisi həlak olub. 


5. Wankie, Zimbabve - 6 iyun 1972-ci il, 426 ölü



6 iyun 1972-ci il Zimbabvenin Wankie kömür mədənində baş vermiş partlayış nəticəsində 426 mədən işçisi həyatını itirib. Burada da qaz sızıntısı qurtarma işlərini yerinə yetirməyə imkan verməyib.


6. Senghenydd, Böyük Britaniya - 14 oktyabr 1913-cü il, 439 ölü



Böyük Britaniya tarixində ən faicəvi mədən faciəsi olan Senghenydd kömür mədəni fəlakəti 14 oktyabr 1913-cü ildə baş verib. Yer altında kömür tozunun partlaması nəticəsində baş vermiş hadisə zamanı 439 insan həlak olub.


7. Mitsui Miike, Yaponiya - 9 noyabr 1963-cü il, 458 ölü



Qəza 9 noyabr 1963-cü il Yaponiyada baş verib. Hadisə nəticəsində 458 mədənçi həyatını itirib, 833 nəfər yaralanıb. Ölənlərin əksəriyyətinə karbonmonoksid qazından zəhərlənmə səbəb olub.

8. Laobaidong, Çin - 9 may 1960-cı il, 684 ölü



Çinin Şanzi əyalətində, Laobaidong kömür mədənində 9 may 1960-cı il maş vermiş partlayış nəticəsində 684 mədən işçisi həlak olub. Bu faciə ilə bağlı sənədlər 30 ildən çox dövlət tərəfindən gizli saxlanılıb.

9. Mitsubişi Hojyo, Yaponiya - 15 dekabr 1914-cü il, 687 ölü



15 dekabr 1914-cü ildə Yaponiyanın Küsü adasında Mitsubişi Hojyo mədənində baş vermiş partlayış Yaponiya tarixinin ən çox insan tələfatına səbəb olmuş mədən partlayışıdır.

10. Courrieres, Fransa - 10 mart 1906-cı il, 1099 ölü



Fransada 10 mart 1906-cı ildə baş vermiş partlayış zamanı 1099 insan həyatını itirib. Dünya tarixinin ən ölümcül II kömür mədəni partlayışı olan bu hadisəyə quyuların birində baş vermiş yanğın səbəb olub.

11. Benzihu, Çin - 26 aprel 1942-ci il, 1549 ölü



Çin’in Liaoning əyalətində, Honkeiko kömür mədənində baş vermiş partlayış ən çox insan tələfatına səbəb olmuş partlayışdır. 26 aprel 1942-ci il baş vermiş partlayışda 1549 insan həyatını itirdi. Partlayışdan sonra mədən quyusunun girişi bağlandı və bu da xeyli sayda insan tələfatına səbəb oldu.