BMT müxalifət silahlılarından Hələbə gedən suyun buraxılmasını tələb edib

BMT baş katibi Pan Gi Mun Suriyanın Hələb şəhərinə gedən suyun silahlılar tərəfindən kəsilməsini pisləyib və dərhal şəhərin su ilə təmin edilməsini tələb edib

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 15:44

BMT müxalifət silahlılarından Hələbə gedən suyun buraxılmasını tələb edib. İnterAz-ın Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, BMT baş katibi Pan Gi Mun Suriyanın Hələb şəhərinə gedən suyun silahlılar tərəfindən kəsilməsini pisləyib və dərhal şəhərin su ilə təmin edilməsini tələb edib. BMT baş katibi Suriyada səbəbkar qüvvələri təsir edə biləcək dövlətlərin hərəkətə keçməsini istəyib.

Bildirək ki, radikal “ən-Nusra Cəbhəsi” 8 gündür ki, Hələbə gedən suyu kəsib və bölgədə iki milyona yaxın insan su qıtlığı ilə üzləşib.