"İran-Azərbaycan sərhədlərində bütün problemlər artıq həllini tapmışdır"

“Son bir ildə Azərbaycanla olan sərhədlərimizdə heç bir problem yaranmayıb əksinə, sərhədçilərimizin bir-birinə qarşı höməti artıb”

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 12:25

“Son bir ildə Azərbaycanla olan sərhədlərimizdə heç bir problem yaranmayıb əksinə, sərhədçilərimizin bir-birinə qarşı höməti artıb”. İnterAz-ın Fars agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın Bakıdakı səfiri Möhsin Pakayin deyib. O, verdiyi müsahibədə iki ölkə sərhədlərindəki bütün problemlərin və ixtilafların artıq arxada qadığını və bunun sərhədlərlə bağlı birgə komissiya toplantılarından sonra ərsəyə gəldiyini qeyd edib.

İran səfiri həmçinin, iki ölkə əlaqələrində anlaşılmazlığı yaradan və buna xələl gətirən yeni-yeni oyunların qarşısının alımasını istəyib. O, bu zəmində Siyonist rejiminə tabe olan mediyaların durmadan faliyyətdə olduğunu vurğulayıb.