Somada insan tələfatı 301-ə yüksəldi

Qalan işçilərin yerin səthinə çıxarılması üçün 2-3 saat vaxt lazım olduğunu, ölənlərin isə karbonmonoksiddən və yaxud yanma nəticəsində həyatını itirdiklərinin araşdırıldığını bildirib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 11:26

Enerji və Təbbi Qaynaqlar naziri Tanər Ulduz Somadakı mədən faicəsində bu ana qədər 485 işçinin qurtarıldığını, 301 işçinin isə həyatını itirdiyini açıqlayıb. İnterAz Türkiyə mediasına istinadən xəbər verir ki, nazir açıqlaması zamanı bildirib:

"Bu ana qədər mədəndən 10 işçini çıxarmışıq, 2 işçi isə yer altındadır, onların da yeri dəqiqləşdirilib".

 

*********

 

Türkiyədə baş verən dəhşətli mədən partlayışının qurbanlarının sayı 298-ə yüksəlib. İnterAz-ın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Enerji və Təbbi Qaynaqlar naziri Tanər Ulduz artıq 284 işçinin nəşinin ailəsinə təhvil verildiyini, mədən ocağında daha 14 işçini aşkar olunduğunu bildirib. Nazir 14 işçidən 6-nın cəsədnin çıxarıldığını və tibbi ekspertiza üçün göndərildiyini də əlavə edib. 

Qalan işçilərin yerin səthinə çıxarılması üçün 2-3 saat vaxt lazım olduğunu, ölənlərin isə karbonmonoksiddən və yaxud yanma nəticəsində həyatını itirdiklərinin araşdırıldığını bildirib.

Qeyd edək ki, mayın 13-ü Türkiyənin Manisa əyalətinin Soma şəhərində baş vermiş mədən partlayışı zamanı xeyli sayda insan həyatını itirmiş və yaralanmışdır. Türkiyədə bu faciə ilə əlaqədar 3 günlük matəm elan olunub.