Suriya hökümət ordusu Dəra əyalətində irəliləyib

Hökümət ordusu Dəra əyalətində yerləşən Təllət-Əlcabiyə bölgəsini ələ keçirib

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 11:17

Suriya hökümət ordusu Dəra əyalətində irəliləyib. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, Suriya hökümət ordusu Dəra əyalətində yerləşən Təllət-Əlcabiyə bölgəsini ələ keçirib. Məlumata əsasən, ordu qüvvələri Dəra şəhəri və Dəməşq yolu üzərində yerləşən Nuva şəhərində müxalifət silahlılarının mövqelərinə ağır zərbələr endirib. Burada aviazərbələr top, tank və müxtəlif tipli raketlərdən istifadə edilib.

Bildirək ki, Suriyanın İordaniya sərhəddində yerləşən Dəra əyaləti müxalifət silahlılarının əsas mövqelərindən biri hesab edilir. Bu bölgə paytaxta çox yaxın olduğundan hökümət İordaniya ərazisindən hərbi və maddi dəstək alaraq, irəliləyən müxalifət silahlılarının qarşısın almaq istəyir. Suriyanın silahlı müxalifəti şimaldakı əməliyyatlarının uğursuzluğundan sonra cənubdan (Dəra) yeni hücumlara başlayacağını elan edib.