"Suriyaya girməyimiz deyil, girməməyimiz səhv olardı"

"Biz Suriyaya müəyyən bir şəxsə görə deyil, İsrailə qarşı formalaşan mübarizə hərəkatını qoruyub-saxlanılması üçün girmişik”

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 10:35

"Biz Suriyaya müəyyən bir şəxsə görə deyil, İsrailə qarşı formalaşan mübarizə hərəkatını qoruyub-saxlanılması üçün girmişik”. İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, bunu Livanda “Hizbullah” təşkilatının lider müavini Şeyx Nəim Qasim deyib. Şeyx N.Qasim Suriyada cərəyan edən hadisələr və baş verən qarşıdurmalara işarə edərərək, artıq Bəşər Əsədin devrilməsinin mümkün olmayacağını bəyan edib.

“Suriyadakı qarşıdurmaların hansı üfüqdə hərəkət edəcəyi hələ naməlumdur. Lakin hökümət irəliləməkdədir. “Hizbullah”a gəldikdə isə biz hələ Suriyanı tərk etməyəcəyik. Hər şey hadisələrin gedişatından aslıdır. Suriyaya daxil olmağımız fikirləşdiyimizdən və gözlədiyimidən az başa gəldi. Biz Suriyaya hakimiyyət və ya müəyyən şəxsə görə daxil olmamışıq, məqsədimiz İsrail qarşı mübarizə hərəkatının qorunmasıdır".