Soma faciəsi ilə bağlı Vladimir Putin R.T.Ərdoğana zəng edib

Bundan əvvəl də Rusiya dövlət başçısı Türkiyə Respublikasına başsağlığı teleqramı göndərmişdi

Bakı, Samirə Mirzəyeva, Vüsal Nəbiyev, İnteraz - 16 May 2014, 17:38

Rusiya Federasiyasının prezidenti Vladimir Putin baş nazir Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparıb. İnterAz-ın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Vladimir Putinin Ərdoğana zəng etməyinin səbəbi mayın 13-də Türkiyənin Manisa əyalətində mədəndə baş verən faciəylə bağlı başsağlığını şəxsən bildirmək olub. 

Qeyd edək ki, bundan əvvəl də Rusiya dövlət başçısı Türkiyə Respublikasına başsağlığı teleqramı göndərmişdi.