Ukraynanın baş naziri Arseni Yasenyuk seçildi

Ali Radanın spikeri Aleksandr Turçinov da qəbul edilmiş qətnaməni imzalayıb

© Foto: Ria Novosti/ Andrey Stenin

Bakı, Vüsal Nəbiyev, İnteraz - 27 Fevral 2014, 17:30

Bu gün Ukrayna Ali Radasının deputatları Arseni Yasenyuku ölkənin baş naziri vəzifəsinə təyin etdi. Ria Novostinin verdiyi məlumata görə, Yasenyukun bu posta seçiməsinə minimum 226 səs lazım olsa da, 371 deputat səs verib. 


Ali Radanın spikeri Aleksandr Turçinov da qəbul edilmiş qətnaməni imzalayıb. 

Qeyd edək ki, Ali Rada bu gündən yeni hökümətin formalaşdırılmasına başlayıb.