Krımda referendum keçiriləcək

Krım Ali Radasının rəyasət heyəti muxtariyyət statusunun təkmilləşdirilməsi və onun səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendum keçirəcək

Bakı, Vüsal Nəbiyev, İnteraz - 27 Fevral 2014, 17:21

Krım Ali Radasının rəyasət heyəti muxtariyyət statusunun təkmilləşdirilməsi və onun səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendum keçirəcək. Ria Novosti xəbər verir ki, 

"Ukraynada silahlı quldur dəstələrinin köməkliyi ilə radikal millətçilər tərəfindən hakimiyyətin qeyri-konstitusiya yolu ilə tutulması Krımda sülh və sakitliyi təhlükə altında qoyub. Dünən Krım parlamentinin binası qarşısında baş vermiş toqquşma ölkədə bürüyən siyasi ekstremizm və zorakılığın nəticəsidir. Ukrayna xaos, anarxiya və iqtisadi böhranlara doğru yuvarlanır. Belə bir vəziyyətdə Krım Muxtar Respublikasının Ali Radası Krımın ən ali orqanı olaraq, Krım xalqınının iradəsinə söykənərək Krımın taleyi ilə bağlı məsuliyyəti öz üzərinə götürür. Demokratiyanın əsas qanunları ilə hərəkət edərək Krım parlamenti yaranmış vəziyyətdən tək çıxış yolunu referendumda görür. Yalnız muxtariyyət statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişlənilməsi ilə bağlı keçiriləcək referendum krımlılara heç bir xarici təsir və diktə olmadan gələcək muxtariyyəti müəyyənləşdirməyə icazə verəcək." - deyə bildirilir.