Burada ofisiantlar meymunlardır

Onlar həm müştərilərə yemək, həm də əllərini yumaq üçün dəsmal aparırlar

Bakı, Tural Səftərov, İnteraz - 27 Fevral 2014, 10:46

Yaponiyanın paytaxtı Tokioda Kayabuki restoranı fəaliyyət göstərir. Restoran müştəriləri yalnız yeməklə deyil həm də qəribə işçiləri ilə cəlb edib.

 

Belə ki, restoranın ofisiantları 16 yaşlı Yat-çan adlı və Fuku-çan adlı meymunlardır. Onlar həm müştərilərə yemək, həm də əllərini yumaq üçün dəsmal aparırlar. Meymunlar parik, maska və xüsusi geyimlər geyinirlər. Qonaqlar deyirlər ki, meymunlar onlara yaxşı xidmət göstərirlər və gətirilən yeməkləri dəyişik salmırlar.