Krımda parlament binası ələ keçirilib - Fotolent

Parlamenti ələ keçirən şəxslərin sayı 30-35 civarındadır

Bakı, Vüsal Nəbiyev, İnteraz - 27 Fevral 2014, 10:26

Krımda baş verən mitinqlərdən sonra parlament binası ələ keçirilib. Krım Tatar Milli Məclisinin spikeri Refat Çubarov məlumat verib. Belə ki, verilən məlumatda Krım parlamentinin səhərə yaxın, saat 04:00 radələrində naməlum formalı şəxslər tərindən ələ keçirildiyi bildirilir.


İtar-Tass xəbər verir ki, parlamenti ələ keçirən şəxslərin sayı 30-35 civarındadır.