• 15:54

Biləsuvarda “Qələbə şəhidləri” adlı kitabın II cildinin təqdimatı keçirilib

10 Iyun 2021, 15:14

Vətən müharibəsi başlayanda Biləsuvardan könüllü cəbhəyə yola düşən və 44 günlük zəfər döyüşlərinin tam 40 gününü Hadrutda  Şuşayadək əzmlə döyüşərək igidlik göstərən Ziyəddinin qəhrəmanlığı  indi dillər əzbəridi. Göz bəbəyi tək sevib qoruduğu, sonda canından keçdiyi vətəninin övladları bu gün öz şəhidini daha əzəmətlə yaşadır. Adını hər şeydən  uca tutur.  “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn “Qələbə şəhidləri” kitabının II cildinin təqdimatında şəhidin ata ocağına  toplaşan rayon ziyalıları, veteranlar, qazilər, müəssisə- təşkilat nümayəndələri də, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların kitablar vasitəsilə daha geniş təbliğinin əhəmiyyətindən söz açıblar.

 

Tədbirdə şəhid Ziyəddin Xanəliyevin ölməz şücaətlərinin də xüsusi yer aldığı “Qələbə şəhidləri” kitabının bir nüsxəsi  şəhidin atasına təqdim olundu.

 

Qeyd edək ki, 21 yaşlı qəhrəmanımız şəhid Ziyəddin Xanalıyev ölümündən sonra Prezident sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.