• 17:03

Goranboyda güclü yağış bir sıra fəsadlar törədib

10 Iyun 2021, 11:38

Goranboyda güclü yağış fəsadlar törədib. Gorançaydan axıb gələn sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub. Rayonun Goran qəsəbəsi ərazisində Kəlbəcərdən olan məcburi köçkün Sərxan Orucovun yaşadığı evin ətrafı sel suları ilə dolduğundan orada yaşayanların hərəkəti mümkünsüzləşib. 

 

Gecədən yağan güclü yağış nəticəsində yaranan sel suları Goran qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektinə də ziyan vurub. Sözügedən obyektin həyəti, otaqları su altında qalıb. Sahibkar İlham Musayev səhər saatlarında obyekti açan zaman hər tərəfin sel sularına qərq olduğuna şahidlik edib.

 

Sel suları Goran qəsəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexlərinə də dolub. Həmçinin Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib. Təbiət hadisə zamanı yaranan çətinliyiaradan qaldırmaq üçün FHN-nin avtomobilləri əraziyə cəlb edilib. Həmçinin Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev fəsadların baş verdiyi ünvana gəlib. İcra başçısı selin vurduğu ziyanın aradan qaldırılması üçün adiyyatı qurumlara göstəriş verib.