• 16:40

Özünün iştirakı olmadan doğum günü qeyd edilən şəhid İkram Məmmədov

09 Iyun 2021, 15:59

Xaçmazda şəhid İkram Məmmədov doğum günü qeyd edilib. Şəhidin qohumları, şimal bölgəsindən şəhid valideyinləri, ictimaiyyət nümayəndələri öncə qəbiristanlığı, daha sonra isə ailəni ziyarət ediblər.   Vətən uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəmanın ailəsi İkramın 19-cu yaşını onsuz qeyd edib. İkram Məmmədov 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. Ailənin sonbeşiyi olan İkramın bir qardaşı və bir bacısı var.  İkram qayğıkeş, mehriban bir insan kimi iz qoymuşdu könüllərdə. Hələ məktəb dövrlərindən özünü ağıllı, tərbiyəli bir şagird kimi aparmaqla yanaşı, həm də qəlbində daşıdığı böyük vətənpərvərlik hissi ilə də seçilirdi.  Bu minvalla İkram  məktəbi bitirib   2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. O, Vətən müharibəsində Füzuli rayonunun yaşayış məntəqələrinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.    Sentyabrın 27-si müharibə başlayanda o da ön cəbhəyə, düşmənlə üzbəüz təmas xəttinə yollanır və qızğın döyüşlərin ağuşuna atılır. Böyük qəhrəmanlıq və şücaət göstərir. Düşmənin xeyli sayda  canlı qüvvəsini məhv edilməsində əvəzsiz xidmətləri olan İkram Məmmədovun son döyüşü Füzuli ərazisində olur və elə orad da canını tapşırır, şəhidlik zivəsinə ucalır.   

 

İkram Məmmədov mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayar, yaxşı olduğunu deyərdi.  Onun ailəsi ilə son danışığı oktyabrın 12 – si səhər saatlarında olub. Həmişəki kimi bir neçə kəlmə ilə hal-əhval tutub. Növbəti döyüşə getdiklərini bildirən İkram, qələbə ilə dönəcəyinə söz verib.  On səkkiz yaşlı qəhrəman bir gün sonra oktyabrın 13 – ü axşam saatlarında döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.  – 

 

 

Qeyd edək ki, şəhid İkram Məmmədovun nəşinin olduğu yer üç aydan sonra müəyyənləşib və  doğulduğu boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndinə  gətrilərək dəfn olunub.  qeyd edək ki, şəhidimiz ölümündən sonra “Füzulinin azad olunmasına görə”  və, “Vətən Uğrunda” medalı ilə təltif edilib.