• 17:34

Şəhid Vüsal Hüseynovun övladı dünyaya gəlib

08 Iyun 2021, 17:27

Şəhid Vüsal  Hüseynovun övlafı dünyaya gəlib.

 

Şəhidimizin övladı Cəlilabad rayon Mərkəzi Xəstəxnasında dünyaya göz açıb.

 

Tədbirdə  şəhid ailəsinə"Yaşat" fondundan yeni doğulan körpənin adına açılmış 5000 mnatlıq bank çeki , "Asan" könüllülərindən, Cəlilabad rayon İcra Hakimiyyətindən eləcə də digər qonaqlar tərəfindən müxtəlif hədiyyələr  təqdim edildi.

 

Yeni doğulan körpəyə 3 rəngli bayrağı isə "Vətən müharibəsi qəhrəmanı " Qəzənfər Ağayev təqdim edib.

 

Özündən başqa iki qardaşı da ordu sıralarında olan Vüsal anasından  müharibədən bir qədər əvvəl 3 rəngli bayrağın evlərindən  asılmasını  istəyib.  Bir vaxtlar  Şəhidin tabutu önündə bu sözləri xatırlayan ana sonuncu laylasıni oğlu üçün  üçün oxuyub. İndi isə bir nənə olaraq laylasını  vətən uğrunda şəhid olan oğlundan  yadigar qalan nəvəsi Nadirin beçiyində səsləndirəcək.

 Qeyd edək ki, şəhid Vüsal Hüseymov hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq Sərəncamları ilə   ölümündən sonra "Vətən uğrunda", "Füzulinin və Xocavəndin Azadlığı uğrunda  medalları ilə təltif edilib.