• 17:25

İsmayıllıda 100-dən çox yaşı olan ağac kəsilib

07 Iyun 2021, 17:15

İsmayıllıda 100-dən çox yaşı olduğu deyilən qovaq ağacı kəsilib. Görüntülər rayonun Cülyan kəndindəndir. Budama adı altında ağacın yarısının kəsilməyi sakinlərdə qıcıq yaradıb. Nəticədə onlar aidiyyəti orqanlara məsələ ilə bağlı şikayətlərini bildiriblər. 

 

Kəndin icra nümayəndəsi Tahir Hüseynov ağacı səliqəyə salmaqdan ötrü budadıqlarını və öncədən aidiyyəti orqanlardan rəy alındığını desə də, sonda yaranan vəziyyət sakinləri narazı salıb. 

 

Narazılıq edən sakinlərin müraciətləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsi hadisə yerinə baxış keçirib və irigövdəli qovaq ağacının böyük hissəsinin kəsildiyini görüb. Nəticədə kəndin icra nümayəndəsi cərimə edilib.