• 16:35

Qeyri-sabit hava şəraiti Şəkidə bir sıra fəsadlar törədib

07 Iyun 2021, 16:15

Ötən gün şimal-qərb bölgəsində keçən qeyri sabit hava şəraiti bir sıra fəsadlar törədib. Şəki rayonunun Aşağı Göynük kəndində qaz elektrik və telefon xətlərinin  üstünə  ağcların aşması kiəndin infrastrukturunavə şəxsi təsərrüfatlara ciddi ziyan vurub.

 

Baş Göynük və Baş Şabalıd kəndlərində də sel suları yolları yuyaraq yararsız hala salıb, su xətlərini sıradan çıxarıb, həyətləri su basıb və sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib.

 

 

Kiş kəndində isə sel aparan 25 yaşlı gəncboğularaq ölüb. Sel suları yolları yuyub, bəzi həyətlərə su dolub.