• 06:22

Göyçayda yol polisi reyd keçirib

16 Aprel 2021, 12:42

Kimi təhlükəsizlik kəməri taxmayıb, kimi tibbi maskadan istifadə etmir, kimiləri isə şüşələrə görməni məhdudlaşdıran vasitələr quraşdırır...

 

Bəzi sürücülər isə heç polisin saxla əmrinə belə məhəl qoymadan yoluna davam edir.

 

Reyd zamanı  bir neçə  sürücü tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasında olmayan sürücülər  aşkar edilib.        

 

Qayda pozan sürücülərə qarşı bu cür reydlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcəyi bildirilib.