• 15:20

Ağstafa məktəblərində distant təhsilə keçməmək üçün qabaqlayıcı tədbirlər həyata keçirilir

06 Aprel 2021, 13:05

Ağstafa rayonun Dağ Kəsəmən kənd 1 saylı və Ağstafa şəhər 3 saylı tam orta məktəblərinin rəhbərləri şagirdlərin yenidən distant təhsilə qayıtmamaları üçün məktəbdə qabaqlayıcı tədbirlər həyata keçirirlər.

 

Belə ki, məktəblərin sinif otaqları mütamadi olaraq dizenfeksiya edilir, məktəbə gələn şagird və müəllimlərin hərarəti ölçülərək, əlləri tibbi spirtlə dizenfeksiya edilir, şübhəli müəllim və ya şagird müşahidə edildikdə məktəbin daxilinə buraxılmır və geri qaytarılır.

 

Hər iki məktəb rəhbərliyinin sözlərinə görə, şagirlərin onlayın formada distant təhsilləri üçün hər cür şəraitin olmasına baxmayaraq, şagirlərin keyfiyyətli təhsil almaları üçün ənənəvi əyani təhsil daha effektlidir.