• 15:47

Pakistan – Azərbaycan hərbi əməkdaşlığı

05 Mart 2021, 18:00

 “Əlbəttə, hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb” bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib. Prezidentin  bu çıxışı ilə bağlı hərbi ekspert Tərlan Eyvazov inter.az-a bildirib ki, son illərdə əməkdaşlığımızın daha yüksək səviyyədə olması, Pakistan – Azərbaycan – Tükiyə münasibətlərinə hər sahədə öz təsirini göstərib.  

 

Hərbi ekspert onu da qeyd edib ki,  bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək.

 

onda qeyd edək ki, Pakistan dünyada nüvə silahı olan yeganə müsəlman ölkəsidir.  Təsadüfi deyil ki, Pakistan özünün quru qoşunları, nüvə silahları, hərbi hava qüvvələri həmçinin də dəniz qüvvələri  baxımından yüksək səviyyəli birləşmələrə malikdir. Son illər Pakistan öz hərbi sənayesinin inkişafı baxımından dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparır. Belə olan təqdirdə Azərbaycan Pakistan  ortaq təlimlərinin keçirilməsi Azərbaycanın hərbi baxımından günü gündən inkişafına daha da təkan verəcək.