• 00:10

Evlərdən oğurluq edən şəxs yaxalanıb

05 Mart 2021, 16:24

Şamaxıda evlərdən oğurluq edən şəxsin axtarışları nəticəsini verib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinə Çarhan kəndindəki evlərin birindən ümumi dəyəri 3200 manat olan inşaat materialları, müxtəlif məişət əşyaları və təmir-tikinti alətlərinin oğurlanması barədə müraciət daxil olub. Müraciət əsasında keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin həmkəndlisi, 38 yaşlı Ruslan Mahmudov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin yanvar və fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən oğurluq etdiyi məlum olub. Ruslan Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabellərini oğurladığı müəyyən edilib. 

 

O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.