• 17:44

Xaçmaz məktəblərində əyani tədris necə davam etdirilir?

05 Mart 2021, 15:29

COVİD-19” virusundan qorunmaq məqsədilə hazırlanmış profilaktika və ehtiyat tədbirləri, eləcə də düzgün sosial davranış qaydalarına uyğun şəkildə Xaçmaz məktəblərində ibtidai siniflər mərhələli təhsilə başlayıb.

 

Xaçmaz rayonunun 122-i ümumtəhsil müəssisəsinin 33-də təhsil tam, yəni 5 günlük, qalanlarında isə şagird sixliqi 1.5 metr məsafə gözlənilməklə siniflərdə 5 günlük şagird sıxlığı imkan verməyən siniflərdə isə distant və əyani şəkildə davam etdirilir.  Bu məqsədlə məktəblərdə xüsusi tibbi profilaktik tədbirlər görülüb, həyətlərdə məsafə xətləri çəkilib. Təhsil ocaqlarında xüsusi qoruyucu vasitələrdən olan üz sipəri, maskalar və tibbi spirtdən istifadə edilir. Dərs zamanı şagirdlər arasındakı məsafə 1.5 metr təyin edilib və onlar parta arxasında tək-tək əyləşirlər.  İstər təhsil verənlər, istərsə də təhsil alanlar qoyulan bütün tibbi profilaktik qaydalara əməl etməklə həm öz sağlamlıqlarını qoruyur, həm də əyani təhsilin daha uzunmüddətli olmasına şərait yaradırlar.  

 

Dərsə davamiyyət cədvəli xüsusi təlimata uyğun olaraq mərhələli təhsilin tam əhatə olunmasına xidmət edir. Məktəblərdə xüsusi komissiyalar yaradılıb ki, bu da pandemiya rejimi qaydalarına əməl olunması işinə nəzarət edir. Tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tətbiq olunur. Təhsil ocağlarında sıxlığın qarşısının alınması və fiziki məsafənin təmin olunması məqsədilə məktəblərin bütün giriş və çıxış qapılarının istifadəsi təmin edilir.