• 00:48

Tovuzda “ASAN Həyat” kompleksinin açılışından 1 il ötür

05 Mart 2021, 15:21

Ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərən 20 “Asan Xidmət” mərkəzlərindən biri də Tovuz regional “ASAN xidmət” mərkəzidir. Tovuz “Asan Həyat” kompleksinin açılışından bir il ötür. Fəaliyyət göstərdiyi müddət ərzində 210 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

 

 

 Tovuz “ASAN Həyat” kompleksində vətəndaşlara operativ xidmətlə bərabər onların asudə vaxtlarının səmərəli təşkili üçün də bir çox mərkəzlər fəaliyyət göstərir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 300-dən çox xidmət də həyata keçirilir.

 

Tovuz “ASAN Həyat” kompleksində vətəndaşların işlərinin daha da asanlaşması üçün könüllülər də fəaliyyət göstərir. Vətəndaş məmuniyyəti xidmətin əsasını təşkil edir. 

 

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7.300.000-dən çox vətəndaşın 42 milyondan artıq müraciəti daxil olub. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. 2021-ci ildə Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.