• 23:52

Müxtəlif ölkələrin pullarından kolleksiya yaradan Mingəçevir sakini

05 Mart 2021, 15:01

60-a yaxın ölkənin həm kağız, həm də metal pullarını toplayıb. Xüsusi qablaşdırma edərək,üzərinə ayrı-ayrı ölkələrin adlarını da yazıb. Mingəçevirdə yaşayan Almaz Məmmədova 30 ilə yaxındır müxtəlif ölkələrin pullarından ibarət kolleksiya yaradıb. Şəhərdə fəaliyyət göstərən 3 nömrəli orta məktəbdə tarix müəllimi olan xanım kolleksiayner, Azərbaycanın kağız pulları ilə yanaşı 28 il öncə ölkəmizdə alimunumdan istehsal edilən 10, 20 və 50 qəpikləridə əldə etməyi bacarıb. Maraqlı məqam odur ki, Almaz Məmmədova müxtəlif nominallı pulları heç bir xərc çəkmədən əldə edib.

 

Almaz Məmmədova Nigeriya, Suriya, İran, Rusiya, Kanada, Çinin müxtəlif formalı metal və kağız pullarını kolleksiyasına daxil edib. Onlar içərisində onun diqqətini çəkən 96 il öncə Rusiyada istehsal edilən 1 deyil yarım qəpik olub.

 

Mingəçevir sakini panedemiya səbəbindən hələki xarici ölkələrə gediş-gəliş olmadığından kolleksiyasına yeni pullar əlavə edə bilmir. Kolleksiyaner yaxın gələcəkdə Latın Amerikası ölkələrinin pullarını əldə etməyi düşünür.