• 13:55

Kürdəmirdə yol qəzası 6 nəfərin xəsarət alması ilə nəticələnib

04 Mart 2021, 18:01

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. "KAMAZ" markalı yük maşınıın sürücüsü, Tovuz rayon sakini 59 yaşlı Məmmədov Dilqəm Allahverdi oğlu Bakı istiqamətində hərəkətdə olarkən ona arxadan sürətlə hərəkət edən “MERSEDES” markalı avtomaşın çırpılıb. Nəticədə "KAMAZ"ın arxasındakı qoşqunu daşıyan təkərlər tamamilə yerindən çıxıb.

 

 “MERCEDES” markalı avtomaşında olan bir ailənin 6 üzvü –Bakı sakinləri, 49 yaşlı sürücü Mustafayev mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayev Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayev Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.