• 15:05

Balakəndə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

04 Mart 2021, 17:50

Balakəndə ağır yol qəzası olub. Balakən rayonu Kortala kənd sakini, sürücü Murad Xırxırov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə Kortala kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb.

 

Nəticədə sürücü M. Xırxırov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri, Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 

Yaralılar dərhal Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə onların hər üçünün vəziyyətləri orta ağırdır.Müalicələri xəstəxanada davam edir.

 

Faktla bağlı araşdırma aparılır.