Xaçmaz rayon sakinindən silah götürülüb
04 Mart 2021, 17:48
Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı N.Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.