• 14:13

Türk vətəndaşı Balakəndə qəza törədib

04 Mart 2021, 17:44

Balakəndə Türk şirkətlərindən birinə məxsus, Türkiyə vətəndaşının idarə etdiyi Mersedes markalı yük maşını aşıb. Hadisə rayonun Katex kəndi ərazisində, Beşbulaq adlanan ərazidə baş verib.

 

Dünən axşam saatlarında Türkiyə vətəndaşı olan Sultanhamit Türkərin idarə etdiyi Mersedes markalı yük maşını Bakıdan İstanbula qayıdarkən Balakən rayonu Katex kəndi ərazisində, Beşbulaq adlanan ərazidə sərt döngədə idarəetməni itirərək yoldan çıxaraq yol kənarındakı irigövdəli ağacları devirərək yolun hətəkət zolağına aşıb. Nəticədə sürücü yüngül xəsarətlərlə qurtarsa da maşına ciddi ziyan dəyib.\

Sürücünün sözlərinə görə qaranlıqda qarşısına çıxan heyvanı vurmamaq üçün manevr edib. Nəticədə qəza baş verib.

 

Müvafiq qurumlar tərəfindən yola düşən ağaclar təmizlənərək hərəkət bərpa olunub. Hadisə yerinə cəlb olunan ağır texnika vasitəsi ilə yük maşını yoldan kənarlaşdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.