• 14:47

İlqar Vəlizadə Fransa rəsmisinin Ermənistanla bağlı sözlərini şərh edib

04 Mart 2021, 17:29

"Fransada böyük erməni icması yaşayır və bu da ölkənin üzərinə Azərbaycan-Ermənistan arasında sülhün bərpa olunmasında böyük məsuliyyət qoyur. Nəhayət, Fransa həm BMT-nin üzvü, həm də Azərbaycanın dostu kimi məsuliyyətini anlamalı və hərəkətə keçməlidir". 

 

Bu fikirləri Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil bildirib. Assosiasiyasının vitse-prezidentinin sözlərini şərh edən politoloq İlqar Vəlizadə İnterAz-a bildirib ki, bu frazaların arxasında əməli işlər dayanmırsa, heç bir əhəmiyyyəti yoxdur. 

 

Politoloq onu da qeyd etdi ki, Fransa nümayəndələri ilk öncə özləri bu suallara konkret cavab versələr, vəziyyət və real prosseslər düzgün şəkildə inkişaf edəcək.