• 13:53

DGK sədri: Azərbaycanın ötənilki idxalının 64%-i ƏDV-yə cəlb olunmayıb

04 Mart 2021, 17:23

2020-ci ildə Azərbaycan xaricdən 10,73 milyard ABŞ dolları dəyərində mal idxal edib. İdxal əməliyyatlarının 59%-i tamamilə gömrük rüsumlarından azad olunub.

 

İnterAz xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrıə həsr olunmuş tədbirdə bildirib.

 

"Əməliyatların 41%-i gömrük rüsümlarına cəlb edilib. O cümlədən idxalın 26,5%-i 15%-lik, 8,2%-i 5%-lik, 5,6%-i isə spesipik dərəcə ilə gömrük rüsumu ilə əhatə olunub", deyə Komitə sədri bildirib.

 

\S.Mehdiyev həmçinin qeyd edib ki, ƏDV üzrə azadolmaların ümumi idxalda çəkisi 64% təşkil edib.

 

"Dövlət Gömrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yyaılan məlumatlara münasibət bildirən komitə sədri bildirib ki, bu cür yanlış məlumatları yayıb, komitənin fəaliyyətini gözdən salmaq istəyən insan və qüvvələr var. 

 

 

Səfər Mehdiyev həmçinin bildirib ki,  Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun kompleks tikintisi ilə əlaqədar layihə-smeta sənədləri də hazırlanıb.

 

Sonda komitə sədri media nümayəndələrinin bir sıra suallarını cavablandırıb.