• 14:44

Göyçay sakini dəm qazından zəhərlənərək ölüb

04 Mart 2021, 13:28

Göyçay sakini dəm qazından zəhərlənərək həyatını itirib.

 

Hadisə rayonun R. Rza küçəsindəki 38 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 37 yaşlı Emin Həsənov yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızıdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb, Emin Həsənov yaşadığı evdə dünyasını dəyişib.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.