• 19:08

Tovuzda COVID-19-a qarşı vaksinasiya davam edir

03 Mart 2021, 14:59

Tovuzda yanvarın 21-dən başlayaraq peyvəndləmə prosesində 1027 tibb işçisinə vaksin vurulub. İlkin olaraq rayona 7130  dozada vaksin gətirilib. Bu dozada artıq 6780-dən çox Tovuz sakininə vaksin vurulub. Peyvənd üçün rayon diaqnostika şöbəsində 4 xüsusi otaq ayrılıb. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansısa problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Bu otaqlarda gün ərzində 200 nəfərin peyvəndlənməsi mümkündür. Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək, tibb məntəqələrində quraşdırılan soyuducularda saxlanılır.

 

Vaksinin vurulması üçün isə ixtisaslı tibbi personal xidmət aparır. Peyvənd edilən sakinlər arasında isə hər hansı bir narahatçılıq yaşanmayıb.

 

Mərkəzdə sıxlığın yaranmasının qarşısının alınması və həmçinin əhalinin uzaq məsafə qətt edərək rayon mərkəzinə gəlməməsi məqsədi ilə  rayonun kənd xəsatəxanalarında da vaksinasiya işləri aparılır.