• 18:00

Göyçayda ata və oğul yol qəzasında xəsarət alıb

03 Mart 2021, 13:47

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Göyçay-Cəyirli-Alpoud yolunun Ləkçıplaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaraxıdır kənd sakini Şahnəzər Səlimov idarə etdiyi  "QAZ 3110" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı minik maşını yararsız hala düşüb, sürücü və oğlu Nəzər Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı zərbənin təsirindən beton elektrik dirəyi aşıb, 10 kilovoltluq naqillər qırılıb, rayonun Ləkçıplaq, Bığır, Qaraman, Yalman, Qaraxıdır, Şəkər, Veysəlli, Alıkənd, Mırtı kəndlərinə elektrik verilişi dayanıb. Azərenerji" ASC-nin Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşları hadisə yerinə gedib və müvafiq işlər aparılıb.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.