• 18:32

Göyçayda iki avtomobil toqquşub, biri su arxına düşüb

03 Mart 2021, 12:25

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə ötən gün axşam saatlarında Göyçay-Ucar yolunun Hüngütlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2107" və " VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər yüngül müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zərbənin təsirindən avtomobillərindən biri yoldan çıxaraq su arxına düşüb.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.