• 18:23

Şəhid və qazi övladlarının əl işləri sərgisi keçirilib

02 Mart 2021, 15:03

Ötən gün istedadlı şəhid və qazi övladlarının əl işləri sərgilənib. Sərgidə, şəhid ailələri, qazilər və yaxınları iştirak ediblər. Sərginin təsisçilərindən olan Bağırlı Sərxan layihənin  bildirib ki, layihə şəhid və qazi ailələrinin fərdi inkişafına dəstək verir. O həmçinin əlavə edib ki, kollektivdə 50-ə yaxın müəllim, psixoloq, loqoped fəaliyyət göstərir. 

 

Fəlsəfə doktoru Mail Yaqub isə layihədən zövq aldığını bildirib. O həmçinin layihənin təsisçilərinə dərin minnətdarlığını ifadə edib. 

 

Şəhid Nəcəfov Əlinin bacısı balaca Zeynəb isə qəhrəman qardaşının portretini sərgidə nümayiş etdirib. 

 

Allahdan şəhidlərimizə rəhmət yaxınlarına səbr diləyirik.