• 17:18

Zərdabda ər həyat yoldaşını qətlə yetirib

02 Mart 2021, 14:50

Zərdabda dəhşətli ailə faciəsi baş verib. Ər öz həyat yoldaşını qətlə yetirib.Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 56 yaşlı Məhərrəm Aslanov qısqanclıq zəminində həyat yoldaşı, 53 yaşlı Rəhilə Aslanovanı boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, Məhərrəm Aslanov saxlanılaraq istintaqa cəlb edilib.

 

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri başlanılıb.