• 17:35

Tovuzun Qovlar şəhərində əhalinin vaksinasiyası davam edir

02 Mart 2021, 14:03

Bütün bölgələrdə olduğu kimi, Tovuz rayonun Qovlar şəhər ailə sağlamlıq mərkəzində də vaksinasiya işləri davam edir. Ailə sağlamlıq mərkəzində 3 gün ərzində artıq 170 nəfər peyvənd edilib. Peyvənd üçün Qovlar şəhər ailə sağlamlıq mərkəzində 4 xüsusi otaq ayrılıb. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansısa problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.

 

Sağlamlıq mərkəzində vaksinin vurulması üçün isə ixtisaslı tibbi personal xidmət aparır. Peyvənd edilənlər arasında isə hər hansı bir narahatçılıq yaşanmayıb. 

 

Qeyd edək ki, ilkin olaraq vaksinasiyaya 50 yaşdan yuxarı tibb və təhsil  işçiləri cəlb edilib.