• 18:05

Xızıdakı ağır yol qəzasının görüntüləri yayılıb

02 Mart 2021, 12:45

Xızı rayonunda baş verən ağır yol qəzasının görüntüləri yayılıb.

 

İnterAz-ın xəbərinə görə, martın 1-də saat 9 radələrində Xızı rayonu ərazisində Rusiya vətəndaşı R.Kairov idarə etdiyi “Scania” markalı qoşqulu yük avtomobilini qarşıda gedən rayonun Şorabad qəsəbə sakini Həsənəli Səfərovun idarə etdiyi “Belarus” markalı traktora vurub.

 

Nəticədə H.Səfərov hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.