• 18:10

“Qaçqınkom”dan müavinətlərdən 5 manat tutulması ilə bağlı xəbərlərə - Reaksiya

01 Mart 2021, 17:15

Sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu “YAŞAT”a 5 manat məbləğində pul tutulması ilə bağlı bir sıra xəbərlər yayılıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev İnterAz-a bildirib ki, bu xəbərlər tamamilə əsassızdır. 

 

Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir.