• 18:09

Mingəçevirdə orta məktəblərdən birində yenidən distant təhsilə keçilib

01 Mart 2021, 15:35

Mingəçevirdə orta məktəb distant təhsilə keçib. Buna səbəb isə 1 saylı orta məktəbdə bir şagird və bir müəllimdə koronovirus testinin nəticəsinin pozitiv çıxmasıdır. Digər şagirdlərin və müəllimərin yoluxmaması üçün orta məktəbdə dərslər dayandırılıb. Təhsil ocağı dizinefeksiya edilib. Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı orta məktəbin direktoru Əliyar Yusifov bildirib ki, hələ ki, yalnız bir müəllim və bir yuxarı sinif şagirdinin yoluxduğu məlumdur. Məktəbmizdə dərslər GEM-in qərarına əsasən 1 həftə distant formada keçirləcək.

 

Qeyd edək ki, N.Nərimanov adına 1 saylı orta məktəbdə 1304 şagird təhsil alır. Orta məktəbdə 102 müəllim çalışır.