• 19:07

Yevlaxda ağır yol qəzası nəticəsində 2 nəfər ölüb

01 Mart 2021, 11:22

Yevlaxda zəncirvari qəzada 3 minik avtomobili toqquşub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Ağır yol nəqliyyat hadisəsi Yevlax-Bərdə yolunda qeydə alınıb. Əvvəlcə “Vaz 21-06”, “Great Wall Hover”-lə toqquşub, zərbənin gücündən avtomobillərdən biri “Vaz 21-07 markalı minik maşına da çırpılıb. Qəza zamanı “Vaz 21-06” hissələrə parçalanıb. Dəhşətli qəza zamanı Bərdə rayon sakinləri Rəmzi Hüseynov və Elgiz Quliyev hadisə yerində vəfat ediblər. Digər 3 nəfər Əhliman Əhmədli, Ayşən Əhmədli, Şəlalə Əhmədli isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xəstəxanaya yerləşdilriliblər. Yaralılar bir ailənin üzvləri olduğu bildirilir.

 

Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.