• 18:28

Doğum günü özünün iştirakı olmadan qeyd edilən şəhid Emin Alməmmədov

27 Fevral 2021, 13:35

Yaşasaydı 32 yaşı tamam olacaqdı Ailəsi və sevdikləri ilə bərabər. Amma o vətəni seçdi. Vətən uğrunda şəhid olmağı. Söhbət Vətən müharibəsinin ilk günündə şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Emin Alməmmədovdan gedir. O, 1989-cu ildə Şəmkir şəhərində anadan olub və 2020-ci il sentyabr ayının 27-də Fizuli istiqamətində gedən döyüşlərdə düşmən tanqının atığı mərmi nəticəsində şəhidlik zirvəsinə ucalıb. İndi Şəhidimizdən bizə əmanət qalan iki az yaşlı övlad Əbülfəz və Xədicə də bu gün atasının göstərdiyi qəhramanlıqla fəxr edirlər. Eminin ən böyük arzusu oğlu Eminin hərbiçi olması, qızı Xədicənin isə Həkim olması olub. 

 

 

Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.